AZ

Xəbər izləyənlərin sayı sürətlə azalır - HESABAT

Xəbər izləyənlərin sayı sürətlə azalır - HESABAT

Oksford Universitetinin "Reuters" İnstitutu 2024-cü il üçün Rəqəmsal Xəbərlər Hesabatını dərc edib. Hesabata əsasən, dünyada xəbər oxumayan, dinləməyən və baxmayanların sayı artır. Xəbərləri izləməkdən uzaqlaşmağın ən mühüm səbəbi dərc edilən xəbərlərin üzücü, qəddar və darıxdırıcı görünməsidir.Hesabata görə, dünyada təxminən hər 10 nəfərdən 4-ü (39 faiz) xəbərlərdən uzaq durduğunu deyir. Bu göstərici 2017-ci ildə 29 faiz olub.Hesabat müəllifləri deyirlər ki, Ukrayna və Yaxın Şərqdəki müharibələr insanların xəbərlərdən uzaq durmaq istəməsinə səbəb olub. Digər məqam isə xəbərlərdən yayınma səviyyəsinin rekord həddə çatmasıdır.Bu ilki hesabat üçün YouGov araşdırma şirkəti 47 ölkədə 94 943 nəfərdən müsahibə götürüb.Müsahibələr bütün dünyada milyardlarla insanın milli və regional seçkilərdə səsverməyə getdiyi bir vaxta təsadüf edib.Hesabat üçün aparılan araşdırmalar müəyyən edib ki, seçkilər bir sıra ölkələrdə, o cümlədən ABŞ-da xəbərlərə marağı artırsa da, ümumi tendensiya azalmaqda davam edir.Qlobal sorğuda iştirak edən respondentlərin 46 faizi xəbərləri izləməkdə çox və ya həddindən artıq maraqlı olduqlarını bildirib. 2017-ci ildə bu göstərici 63 faiz olub.Hesabata görə, qadınlar və gənclər ətrafdakı xəbərlərin çoxluğundan yorğunluq hiss edirlər. Aparılan araşdırmalar xəbərlərə inamın 40 faiz səviyyəsində sabit qaldığını, lakin bu nisbətin koronavirus pandemiyasının yüksəkliyi ilə müqayisədə 4 faiz azaldığını göstərib.2024-cü il Rəqəmsal Xəbər Hesabatında, televiziya və çap mediası kimi ənənəvi xəbər mənbələrinin auditoriyasının son 10 ildə kəskin şəkildə azaldığı, gənclərin xəbərləri internet və ya sosial media vasitəsilə almağa üstünlük verdiyi bildirilib. YouTube və WhatsApp çoxları üçün vacib xəbər mənbələri olaraq qalır.TikTok da yüksəlişdədir və Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrdə ilk dəfə X-i (keçmiş Twitter) qabaqlayıb. Böyük Britaniyada 18-24 yaşlı gənclərin 23 faizi xəbərləri izləmək üçün TikTokdan istifadə edir.Hesabatda qeyd olunub ki, bu dəyişikliklərə görə video internetdə xüsusilə gənc qruplar üçün daha vacib xəbər mənbəyinə çevrilib və ən çox diqqət çəkənlər qısa xəbər videolarıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
afn.az

10Mənbələr