AZ

Mourinyo "Mançester Yunayted"in futbolçusunu "Fənərbaxça"ya gətirmək istəyir

"Fənərbaxça" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"də çıxış edən Viktor Lindelöfü transfer etmək istəyir. Bu barədə "The Sun" nəşi məlumat yayıb.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo 29 yaşlı mərkəz müdafiəçisini komandasında görəm istəyir.

Qeyd edək ki, "Mançester Yunayted" Viktor Lindelöfü 2017-ci ilin yayında "Benfika"dan transfer edib. isveç millisinin üzvü başa çatan mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Seçilən
134
28
sportal.az

10Mənbələr