AZ

İsmayıllıda avtomobil qəzası olub üç nəfər yaralanıb

İsmayıllıda avtomobil qəzası baş verib. Manset.az APA-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Qəbələ sakini, 1998-ci il təvəllüdlü Fəxri Əli oğlu Məcidli, 1993-cü il təvəllüdlü Qafur Qafar oğlu Babazadə və 1986-cı il təvəllüdlü, Bakı sakini Əbülfət Əli oğlu Əliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
106
12
manset.az

10Mənbələr