İsmayıllıda avtomobil qəzası baş verib.
Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Qəbələ sakini, 1998-ci il təvəllüdlü Fəxri Əli oğlu Məcidli, 1993-cü il təvəllüdlü Qafur Qafar oğlu Babazadə və 1986-cı il təvəllüdlü, Bakı sakini Əbülfət Əli oğlu Əliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. /apa/