AZ

COP29-a qədər bu sənəd imzalana bilər: Bakı və İrəvandan son gediş... - Detallar açıqlandı

Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinə qədər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağı ehtimalı gündəmə gətirilir. Sözsüz ki, sülhlə bağlı Azərbaycanın mövqeyi aydındır. Ölkəmizin mövqeyi milli maraqlara, beynəlxalq hüquq normalarına söykənir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Erməni tərəfi isə sülh sazişinin beynəlxalq əsasa malik olaraq bunun daxili qanunvericliklə əlaqəsinin olmadığını iddia edir. İrəvanın sülhə maneə olan mövcud qanunvericiliyi, konstitusiyada əks edilən əsasssız iddiaları özlərinin daxili işi hesab etməsi də məntiqsizdir”, - deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, bu, yanlış yanaşma olmaqla bərabər Ermənistanın strateji maraqlarına uyğun iddiadır:

“Nikol Paşinyan və onun komandasının da iddia etdiyi kimi konstitusiya dəyişikliyi olmadan sülh sazişi imzalanarsa, istənilən halda və tarixdə qarşı tərəf bundan imtina edəcək. İmzalanacaq sülh sazişini Ermənistanın konstitusiya məhkəməsi təsdiq etməkdən imtina edə bilər. Beləliklə, qeyri-müəyyənlik yaranar. Paşinyandan sonrakı siyasi konyuktura da bundan öz ölkələrinin qanunlarına zidd olduğunu əsas gətirib imtina etməsi mümkündür”.

Fəzail Ağamalıya görə, Azərbaycan Prezidentinin birmənalı olaraq Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişi imzalana bilməz məntiqi ölkəmizin milli maraqlarına uyğundur:

“Bu, regionda sülhün və təhlükəsizliyin əsası rolunda çıxış edən bir mövqedir. Ona görə də, konstitusiya dəyişikliyi, digər qanunvercilik aktlarında Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarından Ermənistan imtina etmədən Bakının sülhə getməsi mümkün deyil. COP29 beynəlxalq tədbirinə qədər isə ən yaxşı halda Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Bu heç də sülh sazişi deyil. Burada ümumi yanaşmalar və xarakterə malik məsələlər öz əksini tapır. Sadəcə olaraq çərçivə razılaşması xoşniyyətli sənəd kimi gələcəkdə digər işlərin həyata keçirilməsi üçün əsas hesab edilir”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
23
teleqraf.com

10Mənbələr