AZ

"Bizə uyğun gələn məşqçi kimi onu seçdik, uzun danışıqlardan sonra razılıq əldə etdik."

"Turan Tovuz"un rəhbərliyi yeni baş məşqçi Kurban Berdıyevin qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Tovuz təmsilçisinin İdarə Heyətinin üzvü Əli Balakişiyev açıqlama verib.

Klubun infrastruktur və maliyyə üzrə direktoru türkmənistanlı mütəxəssisin təyinatı ilə bağlı danışıb:

"Sabiq baş məşqçimiz Ayxan Abbasovun gedişindən sonra strategiyamıza uyğun məşqçi axtarışında idik. Gələcəyə hesablanmış layihəmizə uyğun gələn məşqçi kimi Kurban Berdıyevi seçdik.

Uzun danışıqlardan sonra razılıq əldə etdik. Kurban Berdıyev haqqında geniş danışmağa ehtiyac yoxdur.

Dünyada tanınmış mütəxəssisdir. Təyinatın uğurlu olacağına inanırıq. Təbii ki, hədəfimiz avrokuboklardır".

Seçilən
122
sportinfo.az

1Mənbələr