AZ

Almaniyada Serbiya və İngiltərə azarkeşləri arasında toqquşma

Almaniyanın Gelsenkirxen şəhərində Avropa Çempionatı qarşılaşması öncəsi Serbiya milli komandasının azarkeşləri ilə İngiltərə azarkeşləri arasında münaqişə baş verib.

90deqiqe.Az xəbər verir ki, bu haqda Beta agentliyi məlumat yayıb. Gelsenkirxen polisi Serbiya azarkeşlərinin saxlanıldığını təsdiqləyib. Polis açıqlamasında bildirilir ki, Serbiya və İngiltərə azarkeşləri arasında dava olub və azarkeş qrupları ayrılıb. Toqquşma nəticəsində yeddi nəfər saxlanılıb və bədən xəsarətləri ilə bağlı şikayətlər də daxil olub.

Bir İngiltərə azarkeşi və bir polis əməkdaşı yaralanıb. Bəzi mənbələrə görə, zorakılığın törədilməsində albanlar da iştirak edib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
90deqiqe.az

10Mənbələr