AZ

Türkiyədə qurban kəsərkən özünü “kəsənlərin” sayı açıqlandı

Qurban bayramının ilk günü Türkiyədə 16 minə yaxın insan qurban kəsimi zamanı xəsarət aldığına görə həkimə müraciət edib. 

“Cebhe.info” xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir “X”-də yazıb: “Ramazan bayramının ilk günündə ölkə üzrə 16 minə yaxın insan qurbanlıq heyvanların kəsilməsi zamanı aldığı xəsarətlərlə əlaqədar tibb müəssisələrinə müraciət edib”. Onun sözlərinə görə, daha çox xəsarət alanlar Ankarada  olub-1274 nəfər. İstanbulda 840, İzmirdə 416 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının tələblərinə görə, qurbanlıq heyvanların kəsimi xüsusi ayrılmış yerlərdə sanitar normalara riayət olunmaqla aparılmalıdır. Lakin Türkiyədə bu tələblər tez-tez pozulur və hər il Qurban bayramında minlərlə yerli sakin xəsarət alır.

Seçilən
132
7
cebheinfo.az

10Mənbələr