2023-cü ildə 1 570 nəfər müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 nəfər şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunublar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyi Vətən müharibəsi iştirakçıları və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşır və müvafiq tibbi yardımla təmin olunmasını daim nəzarətdə saxlayır.
Döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə 12 “Psixoloji Yardım Mərkəzi”ndə (Onlardan ikisi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir, Psixi Sağlamlıq Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası) psixoloji yardımın göstərilməsi davam etdirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta