AZ

Bayden tədbirdə "dondu", Obama köməyə çatdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama Los-Ancelesdə hazırkı dövlət başçısının seçki kampaniyası üçün maliyyə toplama tədbirində çıxış edən Co Baydeni səhnədən endirməyə məcbur olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsi X sosial şəbəkə səhifəsində yazıb.

"Bayden donub qaldı, bundan sonra Obama onun qolundan tutub səhnədən uzaqlaşdırdı",- məlumatda deyilir.

Qeyd olunur ki, keçmiş və indiki prezidentlər tamaşaçılarla səhnədən vidalaşıblar:

"Bir anda Bayden donub qalıb və sadəcə gülümsəyib, bundan sonra Obama onun əlindən tutub çıxışa doğru aparıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
5
axar.az

6Mənbələr