AZ

Bayden tədbirdə "dondu", Obama köməyə çatdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama Los-Ancelesdə hazırkı dövlət başçısının seçki kampaniyası üçün maliyyə toplama tədbirində çıxış edən Co Baydeni səhnədən endirməyə məcbur olub.

 

OXU24.COM  xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsi X sosial şəbəkə səhifəsində yazıb.

 

"Bayden donub qaldı, bundan sonra Obama onun qolundan tutub səhnədən uzaqlaşdırdı",- məlumatda deyilir.

 

Qeyd olunur ki, keçmiş və indiki prezidentlər tamaşaçılarla səhnədən vidalaşıblar:

 

"Bir anda Bayden donub qalıb və sadəcə gülümsəyib, bundan sonra Obama onun əlindən tutub çıxışa doğru aparıb".

 

 

 

Seçilən
61
50
oxu24.com

10Mənbələr