AZ

Zaxarova “News.ru” müxbirinin ölümünü şərh edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkənin “News.ru” portalının jurnalisti Nikita Sitsaginin ölümündə Ukrayna hərbçilərini ittiham edərək onların bunu qəsdən etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsünün “rusiyalı hərbi müxbir N. Tsitsaqinin qətli ilə bağlı” şərhində qeyd olunub.

“İyunun 16-da Kiyev rejiminin silahlı birləşmələrinə məxsus PUA-nın məqsədyönlü hücumu nəticəsində “News.ru” informasiya portalının hərbi müxbiri Nikita Tsitsaqi DXR-də (qondarma Donetsk Xalq Respublikası – red.) öz peşə borcunu yerinə yetirərkən öldürülüb”, – şərhdə vurğulanıb.

Rəsmi nümayəndənin sözlərinə görə, Ukraynanın buraxdığı dron Vuhledar yaxınlığında reportaj hazırlayarkən rusiyalı jurnalisti qəsdən vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
8
ikisahil.az

9Mənbələr