AZ

Zaxarova rusiyalı müxbirin ölüm faktını ŞƏRH ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkənin “News.ru” portalının jurnalisti Nikita Sitsaginin ölümündə Ukrayna hərbçilərini ittiham edərək onların bunu qəsdən etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsünün “rusiyalı hərbi müxbir N. Tsitsaqinin qətli ilə bağlı” şərhində qeyd olunub.

“İyunun 16-da Kiyevin silahlı birləşmələrinə məxsus PUA-nın məqsədyönlü hücumu nəticəsində “News.ru” informasiya portalının hərbi müxbiri Nikita Tsitsaqi DXR-də (qondarma Donetsk Xalq Respublikası – red.) öz peşə borcunu yerinə yetirərkən öldürülüb”, – şərhdə vurğulanıb.
Rəsmi nümayəndənin sözlərinə görə, Ukraynanın buraxdığı dron Vuhledar yaxınlığında reportaj hazırlayarkən rusiyalı jurnalisti qəsdən vurub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
8
bizim.media

9Mənbələr