AZ

Oblak Danimarka ilə heç-heçədən sonra danışıb

Sloveniya millisinin qapıçısı Yan Oblak 2024-cü il Avropa çempionatında Danimarka ilə heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Atletiko Madrid"də çıxış edən 31 yaşlı qolkiper bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

"Çətin matç oldu. Seçmə mərhələsində onlarla iki dəfə qarşılaşdığımız üçün nə gözlədiyimizi bilirdik. İlk 20-30 dəqiqədə bəlkə də bir az qorxduq, çünki bəzi futbolçularımız belə matçlara öyrəşməmişdilər, amma bundan sonra biz daha yaxşı oynadıq, müəyyən imkanlar yaratdıq və qol vura bildik”

Xatırladaq ki, Sloveniya - Danimarka matçı heç-heçə başa çatıb, millilər hərəyə bir qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
90deqiqe.az

2Mənbələr