Sloveniya millisinin qapıçısı Yan Oblak 2024-cü il Avropa çempionatında Danimarka ilə heç-heçə etdikləri oyundan sonra fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, millilər hərəyə bir qol vurub. 

“Çətin matç oldu. Seçmə mərhələsində onlarla iki dəfə qarşılaşdığımız üçün nə gözlədiyimizi bilirdik. İlk 20-30 dəqiqədə bəlkə də bir az qorxduq, çünki bəzi futbolçularımız belə matçlara öyrəşməmişdilər, amma bundan sonra biz daha yaxşı oynadıq, müəyyən imkanlar yaratdıq və qol vura bildik”, - UEFA-nın mətbuat xidmətinə açıqlamasında Oblak deyib.