AZ

FutbolRonald Kuman: Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi

Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi.

"Report" xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Polşa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

"Vaut Veqhorstun oynaması komandamıza töhfə verdi. Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi. Yaxşı ki, ikinci qolu vurub qalib gələ bildik. Bir çox imkanları boşa xərclədik. Kodi Qakponun da çıxışını xüsusi vurğulamaq istərdim. O, topla daha çox oynamalıdır".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun ilk matçında Niderland Polşa yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
3
far.az

4Mənbələr