AZ

Ronald Kuman: Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi

Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi. Bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Polşa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra mətbuat konfransında deyib. "Vaut Veqhorstun oynaması komandamıza töhfə verdi. Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi. Yaxşı ki, ikinci qolu vurub qalib gələ bildik. Bir çox imkanları boşa xərclədik. Kodi Qakponun da çıxışını xüsusi vurğulamaq istərdim. O, topla daha çox oynamalıdır", - deyə R.Kuman söyləyib. Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun ilk matçında Niderland Polşa yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
turanpress.com

4Mənbələr