AZ

İtkin düşən daha bir turistin meyiti tapıldı

Yunanıstanda itkin düşən daha bir turistin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, bu sayca itkin düşmüş 3 turistin meyitidir.

Sonuncu itkin düşmüş amerikalı turist Mitraki adasındakı otelindən yoxa çıxmışdı.

55 yaşlı turistin ölümü Yunanıstanda itkin turist hadisələri arasında ən sonuncusu olsa da, bir həftə ərzində ölkədə ölü tapılan turistlərin sayı 3-ə yüksəldi. Ölkədə turistlərin itkin düşməsi halları hələ də çoxdur.

Digər amerikalı turist, 59 yaşlı Albert Calibetin isə Amorgos adasında gəzintidən sonra yoxa çıxıb.

Yerli media Yunanıstanın Sikinos adasında itkin düşən iki fransız turistin axtarışlarının da davam etdiyini bildirib.

Bildirilib ki, 73 və 64 yaşlı iki qadın turistin axtarış-xilasetmə işlərində yaxınlıqdakı İos adasından könüllülər, yanğınsöndürənlər və polis qrupu iştirak edəcək.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
39
teleqraf.com

10Mənbələr