AZ

Qaz axtarırdılar, 3 min ildən çox yaşı olan küpələr tapdılar

Aralıq dənizinin dərinliklərində tunc dövrünə aid 3300 yaşı olan qədim gəmi aşkarlanıb.

News365.az xəbər verir ki, bu barədə FoxNews məlumat yayıb.

Məlumata görə, o, əslində ilk dəfə keçən il İsrail sahillərindən təxminən 56 mil aralıda dəniz dibində tədqiqat aparan Energean qaz şirkəti tərəfindən aşkarlanıbmış. 

"Biz yerə çökmüş böyük küpələrə bənzəyən qeyri-adi bir mənzərənin şahidi olmuşduq",- Energean-ın rəhbəri Karnit Baçartan deyib.

O həmçinin qeyd edib ki, ərazini araşdırdıqdan və xüsusi bir robotdan istifadə edərək xəritəni çəkdikdən sonra məlum oldu ki, bu, 12-14 metr uzunluğunda, yüzlərlə küpə daşıyan batmış bir gəmidir: "Küpələrdən yalnız bir neçəsini suyun dibində-səthdə görmək mümkün olub”.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
39
news365.az

10Mənbələr