Bu gün futbol üzrə Avropa çempionatında 1-ci turun növbəti görüşləri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, üçüncü oyun günündə C və D qrupunun oyunları reallaşacaq.

Günün ilk matçı D qrupunda yer almış Polşa və Niderland yığmaları arasında keçiriləcək.

Digər iki oyun isə C qrupu çərçivəsində baş tutacaq. Sloveniya Danimarkanı, Serbiya isə İngiltərəni sınağa çəkəcək.

AÇ-2024
16 iyun

D qrupu

17:00. Polşa – Niderland 1:2 (İkinci hissə)

Qol: Adam Buksa, 16 - Qakpo, 29. Veqhorst, 83

Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Hamburq, “Volksparkstadion”.

C qrupu

20:00. Sloveniya – Danimarka
Baş hakim: Sandro Şerer (İsveçrə).
Ştutqart, “MHP Arena”.

C qrupu

23:00. Serbiya – İngiltərə
Baş hakim: Daniele Orsato (İtaliya).
Gelzenkirxen, “Veltins Arena”.