AZ

AÇ-2024: Niderland və İngiltərənin ilk sınağı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün qrup mərhələsinin növbəti görüşləri keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə C və D qrupları çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Günün ilk matçında – D qrupu çərçivəsində Polşa və Niderland yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Hamburq şəhərində baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Bu qrupun digər oyunu (Avstriya – Fransa) sabah keçiriləcək.

Digər iki oyun isə C qrupu çərçivəsində keçiriləcək. Əvvəlcə Sloveniya və Danimarka yığmalarının oyunu baş tutacaq. Ştutqartda təşkil olunacaq matça saat 20:00-da start veriləcək.

Günün sonuncu oyunu isə Serbiya və İngiltərə yığmaları arasında baş tutacaq. Gelzenkirxendə keçiriləcək görüşün start fiti saat 23:00-da səslənəcək.

AÇ-2024
16 iyun

D qrupu

17:00. Polşa – Niderland
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Hamburq, “Volksparkstadion”.

C qrupu

20:00. Sloveniya – Danimarka
Baş hakim: Sandro Şerer (İsveçrə).
Ştutqart, “MHP Arena”.

23:00. Serbiya – İngiltərə
Baş hakim: Daniele Orsato (İtaliya).
Gelzenkirxen, “Veltins Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
arena.az

9Mənbələr