AZ

Azərbaycan millisi dünya çempionu olub FOTO

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi adını qazanıb.

 Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə komanda Mərakeş yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.

Qeyd edək ki, dünya çempionatına iyunun 10 da start verilib. Yarışda 10 komanda iki qrupa bölünməklə iştirak edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
20
news365.az

10Mənbələr