AZ

Azərbaycan millisi dünya çempionu oldu

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi adını qazanıb.

"Report" xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə komanda Mərakeş yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.

Qeyd edək ki, dünya çempionatına iyunun 10 da start verilib. Yarışda 10 komanda iki qrupa bölünməklə iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
20
musavat.com

10Mənbələr