Kiyev yaxın vaxtlarda Danimarkadan F-16 qırıcı-bombardmançı təyyarələrinin çatdırılmasını gözləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Danimarkanın baş naziri Mette Frederiksenlə görüşündən sonra bildirib.
"Yaxın vaxtlarda Ukraynaya çatacaq Danimarka F-16 təyyarələrinin təhvil verilməsinə hazırlıq işlərinin gedişatını müzakirə etmək imkanımız oldu", - o, teleqram kanalında yazıb