AZ

Kurban Berdiyevə köməkçi olması istənildi -SÜRPRİZ TƏKLİF

«Cəbrayıl»ın baş məşqçisi Cavid Hüseynov tezliklə buradan ayrıla bilər.

Qarabağı təmsil edən rayonun eyniadlı təmsilçisinin çalışdırıcısına gözlənilməz dəvət gəlib.

Ona «Turan Tovuz»da Kurban Berdiyevə köməkçi olmaq təklif edilib. Əgər çağırışı qəbul eləyərsə, gənc mütəxəssis yeni baş məşqçinin korpusunda yer alacaq.

«Cəbrayıl» bu mövsüm II Liqada mübarizə aparıb. Komanda çempionatda ikinci yeri tutub və pley-off mərhələsinə yüksəlib.

Burada isə «Araz Saatlı» ilə qarşılaşan kollektiv evdə 2:0, səfərdə 3:1 hesabıyla qalib gələrək, I Liqaya vəsiqə qazanıb.

C.Hüseynovun Premyer Liqa keçmişi var. O, 1 il əvvələdək «Şamaxı»nın sükanı arxasında dayanıb.

SPORTİNFO.AZ

Seçilən
18
2
sportinfo.az

4Mənbələr