AZ

Şəhid leytenant Teymur Abbaslı haqda kitabda nələr yazılıb? - "Deyirdi ki, imzamı yadda saxlayın" - VİDEO

Vətən Müharibəsi şəhidi leytenant Teymur Abbasovun xatirəsinə həsr olunan “Cənab leytenant” kitabı bu günlərdə oxuculara təqdim olunub.
 
Qeyd edək ki, müharibənin ilk günlərində könüllü olaraq cəbhəyə yollanan Teymur Abbaslı 12 oktyabr tarixində Hadrut uğrunda gedən qızğın döyüşlərdə şəhid olub.
 
Şəhidin xatirəsinə həsr olunan "Cənab leytenant" kitabının müəllifi şərqşünas-yazıçı Əli Rzazadədir. Əsərdə şəhidin həyatından və döyüş yolundan bəhs olunur, eləcə də uzun illər düşmən işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda göstərdiyi fədakarlıqdan, şücaətdən və qəhrəmanlıqdan söz açılır.
 
Moderator.az xəbər verir ki, TV Musavat-ın əməkdaşları müəllif, şərqşünas-yazıçı Əli Rzazadə ilə söhbətləşib.
 
Ətraflı videomüsahibədə:

 

Seçilən
103
1
moderator.az

4Mənbələr