AZ

Şəhid leytenantın xatirəsinə həsr olunmuş kitab təqdim olundu - Fotolar

Vətən müharibəsi şəhidi leytenant Teymur Abbasovun xatirəsinə həsr olunmuş “Cənab leytenant” kitabının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal RİH başçısı Elşad Həsənov, millət vəkilləri, ziyalılar iştirak edib, şəhidlərimizin qəhrəmanlığından bəhs edən dəyərli fikirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri - anası Başxanım Abbasova, qardaşı Tural Abbaslı və şəhidin xanımı Sonaxanım Abbaslı çıxış edərək Teymur Abbasov haqqında xatirələrini danışıblar.

Kitabın müəllifi yazıçı Əli Rzazadədir. O, Teymur Abbasovla dost olub.

Tədbir bədii hissə ilə davam edib.

 





Seçilən
118
2
qafqazinfo.az

4Mənbələr