AZ

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır

Bəzi hallarda mağazalarda qurban əti adı altında heyvan kəsilib satılır. Bu qətiyyən şəriətə uyğun deyil.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin qazılar şurasının üzvi, Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov deyib.

“Dinimiz buyurur ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəzi hallarda mağazalarda qəssablar qurban əti adı altında heyvan kəsib satırlar ki, bu şəriətə uyğun deyil və Qurban əti sayılmır. Qurban kəsmək imkanı olanlar üçün vacibdir. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman buna məcbur deyil. İmkanı olmayanlar isə şərik olub bu əməli yerinə yetirə bilərlər".

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
ilk.az

10Mənbələr