AZ

Təzəpir məscidinin imamı: “Mağazalarda kəsilmiş heyvan ətinin qurbanlıq adı ilə satışı şəriətə uyğun deyil”

“Bəzi hallarda mağazalarda qurban əti adı altında heyvan kəsilib satılır. Bu qətiyyən şəriətə uyğun deyil”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin qazılar şurasının üzvü, Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov deyib.

“Dinimiz buyurur ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəzi hallarda mağazalarda qəssablar qurban əti adı altında heyvan kəsib satırlar ki, bu şəriətə uyğun deyil və Qurban əti sayılmır.
Qurban kəsmək imkanı olanlar üçün vacibdir. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman buna məcbur deyil. İmkanı olmayanlar isə şərik olub bu əməli yerinə yetirə bilərlər".

Bizim.Media

Seçilən
13
8
bizim.media

10Mənbələr