AZ

Qurban kəsilərkən hansı dua oxunur?

Qurban kəsən insanları maraqlandıran suallardan biri heyvanı kəsərkən hansı duanın oxunmasıdır.

Teleqraf.com-un məlumatına görə, Qurban kəsilərkən Ənam surəsinin 79 və 162-ci ayələri oxunur.

“Vəccəhtu vəchiyə lilləzi fətəras-səməvati vəl-ərz, hənifən müslimən və mə ənə minəl-müşrikin. İnnə saləti və nusuki və məhyəyə və məməti lilləhi rabbil-aləmin. Lə şərikə ləh, və bizəlikə umirtu və ənə minəl-muslimin. Əllahummə, minkə və lək. Bismilləhi vallahu-əkbər”.

Duanın tərcüməsi belədir:

“Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır”.

Heyvanı kəsərkən “Bismilləhir-Rahmənir-Rahim, Allahu Əkbər” demək vacibdir. Qurbanı kəsəndən sonra isə belə deyilir:

“Əllahummə təqəbbəl minni – Allahım, (bu qurbanı) məndən qəbul et!”


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
teleqraf.com

1Mənbələr