AZ

HIMARS, HHM sistemləri və tanklar: Almaniyadan Ukraynaya böyük yardım paketi

Almaniya Ukraynaya daha bir hərbi yardım paketi çatdırıb. Söhbət HIMARS raket sistemlərindən, hava hücumundan müdafiə sistemlərindən, tanklardan və s.-dən gedir.
Tribunainfo.az xəbər verir ki, təqdim olunan silahların siyahısı Almaniya hökumətinin saytında dərc olunub.
Məlumata görə, Ukrayna bu silahları alıb:
Marder piyada maşınları – 20 ədəd;
Leopard 1 A5 ehtiyat hissələri ilə tanklar –  10 ədəd;
qısa mənzilli zenit-raket kompleksi IRIS-T SLS – 1 ədəd;
orta mənzilli zenit-raket kompleksi IRIS-T SLM – 1 ədəd;
HIMARS raket artilleriya sistemləri – 3 ədəd;
Biber zirehli körpüdüzən maşın – 2 ədəd;
Bergepanzer zirehli təmir-bərpa maşını – 2 ədəd;
Wisent minatəmizləmə maşınları 1 – 4 ədəd.
Hərbi yardım paketinə digər texnika və sursatlar da daxildir.
Qeyd edək ki, aha əvvəl müdafiə naziri Boris Pistorius Almaniyanın öz hava hücumundan müdafiə sistemlərinin ümumi sayının dörddə birini Ukraynaya təhvil verəcəyini bildirmişdi. Beləliklə, Almaniya Ukrayna üçün ümumilikdə üç sistem təqdim edir.
Pistorius Almaniyanın Ukraynaya bir neçə min döyüş PUA-sını ötürmək niyyətində olduğunu da açıqlayıb. Berlin həmçinin Kiyevə atıcı silahlar, o cümlədən snayper tüfəngləri, tank əleyhinə silahlar və artilleriya döyüş sursatları üçün yeni komponentlər verəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
tribunainfo.az

4Mənbələr