AZ

Almaniya Ukraynaya silah-sursat göndərib

Almaniya

Almaniya Ukraynaya daha bir hərbi yardım paketi köçürüb.

Reyting.az
xəbər verir ki, söhbət HIMARS raket sistemlərindən, hava hücumundan müdafiə sistemlərindən, tanklardan və digər silahlardan gedir.

Təqdim olunan silahların siyahısı Almaniya hökumətinin saytında dərc olunub.

Siyahıda qeyd olunub ki, Berlin Kiyevə 20 ədəd “Marder” piyada maşını, 10 ədəd “Leopard 1 A5” ehtiyat hissələri ilə tanklar, 1 ədəd qısamənzilli zenit-raket kompleksi IRIS-T SLS, 1 ədəd ortamənzilli zenit-raket kompleksi IRIS-T SLM, 3 ədəd HIMARS raket artilleriya sistemi, 2 ədəd “Biber” zirehli körpüdüzən maşın, 2 ədəd “Bergepanzer” zirehli təmir-bərpa maşını, 14 ədəd “Visent” minatəmizləmə maşını göndərib.

Hərbi yardım paketinə digər texnika və sursatlar da daxildir.

Daha əvvəl müdafiə naziri Boris Pistorius Almaniyanın öz hava hücumundan müdafiə sistemlərinin ümumi sayının dörddə birini Ukraynaya təhvil verəcəyini bildirmişdi. Beləliklə, Almaniya Ukrayna üçün ümumilikdə üç sistem təqdim edir.

Pistorius Almaniyanın Ukraynaya bir neçə min döyüş pilotsuz uçan aparatını ötürmək niyyətində olduğunu da açıqlayıb. Berlin həmçinin Kiyevə atıcı silahlar, o cümlədən snayper tüfəngləri, tank əleyhinə silahlar və artilleriya döyüş sursatları üçün yeni komponentlər də verəcək.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
reyting.az

4Mənbələr