AZ

Şuşada beynəlxalq konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün, 15 iyun tarixində Şuşada "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

Daha sonra sənədli film nümayiş etdirildi.

Tədbirdə türk dövlətlərinin dövlət adamları, deputatlar, media nümayəndələri iştirak edirlər.

Konfrans 3 plenar sessiyadan ibarətdir: 1-ci plenar sessiya: "Türk Dövlətləri qlobal təhlükəsizliyə regional töhfə", 2-ci plenar sessiya: "Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi", 3-cü plenar sessiya: "Türk Dünyası-2040: gələcəyə konseptual baxış" adlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
sesqazeti.az

10Mənbələr