Konqo Demokratik Respublikasında 271 sərnişini daşıyan gəmi batıb.BUTA.TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər və təhlükəsizlik naziri Jakman Şabani deyib. "Ən azı 271 nəfəri daşıyan “HB la Saintet” gəmisi ölkənin şimalındakı Bolobo bölgəsindəki Lediba yaşayış məntəqəsi yaxınlığında batıb", - nazir bildirib.