Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatında bu gün 1-ci turun daha 3 oyunu keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, 2-ci oyun günündə A və B qrupunun matçları oynanılacaq.
A qrupunda Macarıstan İsveçrə ilə qarşılaşacaq. B qrupunda isə öncə İspaniya və Xorvatiya milliləri üz-üzə gələcək, daha sonra İtaliya Albaniyamı sınağa çəkəcək.
Qeyd edək ki, turnirin açılış matçında ötən gün meydan sahibi Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
17:00. Macarıstan – İsveçrə
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.
20:00. İspaniya – Xorvatiya
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu.
23:00. İtaliya – Albaniya
Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.