AZ

AVRO 2024: İspaniya Xorvatiyanı darmadağın edib

Bakı. Trend:

Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə start verilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, "Ölüm qrupu"nun ilk oyununda İspaniya iləXorvatiya üz-üzə gəlib.

Matç Berlindəki Olimpiya stadionunda baş tutub. İspaniyaböyükhesablı qələbə qazanıb. Onlar Xorvatiyanın qapısından 3cavabsız top keçiriblər. Bütün qollar birinci hissədə vurulub.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda İtaliyavə Albaniya görüşəcək.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, B qrupu
20:00. İspaniya - Xorvatiya - 3:0
Qollar:
Alvaro Morata, 29. Fabian Ruis, 32. Dani Karvahal,45+2
Baş hakim: Maykl Oliver (İngiltərə)
Berlin. Olimpiya stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
az.trend.az

2Mənbələr