AZ

AVRO 2024: İspaniya Xorvatiyanı darmadağın edib

Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə start verilib.

 

"Ölüm qrupu"nun ilk oyununda İspaniya ilə Xorvatiya üz-üzə gəlib.

 

Matç Berlindəki Olimpiya stadionunda baş tutub. İspaniya böyükhesablı qələbə qazanıb. Onlar Xorvatiyanın qapısından 3 cavabsız top keçiriblər. Bütün qollar birinci hissədə vurulub.

 

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda İtaliya və Albaniya görüşəcək.

 

AVRO-2024

Qrup mərhələsi, I tur

15 iyun, B qrupu

20:00. İspaniya - Xorvatiya - 3:0

Qollar: Alvaro Morata, 29. Fabian Ruis, 32. Dani Karvahal, 45+2

Baş hakim: Maykl Oliver (İngiltərə)

Berlin. Olimpiya stadionu

 

İdman.biz

Tarix: 15 İyun 2024, 23:55   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
pravda.az

2Mənbələr