AZ

Qəzzada ölənlərin sayı 37 min 296-ya yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 30 nəfər artaraq 37 min 296 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ordunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 30 fələstinlinin həyatını itirdiyi, 95 fələstinlinin isə yaralandığı bildirilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
operativmm.az

10Mənbələr