Bakı, 15 iyun, AZƏRTAC
Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçın ikinci hissəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Münxen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşündə almanlar 3:0 hesabı ilə qalib gəlir.
Qolları 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala və 45+1-ci dəqiqədə Kai Haverts vurublar.
Matçda ikinci hissə davam edir.
23:58
Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçın ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Münhen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşünün ilk yarışından sonra almanlar 3:0 hesabı ilə qalib gəlir.
Qolları 10-cu dəqiqədə Florian Virts, 19-cu dəqiqədə Camal Musiala və 45+1-ci dəqiqədə Kai Haverts vurublar.
23:24
Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Münhen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşünün 10-cu dəqiqəsində Florian Virts, 19-cu dəqiqəsində isə Camal Musiala fərqlənib.
Matçda birinci hissə davam edir.
23:16
Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Münhen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşünün 10-cu dəqiqəsində Florian Virts, 19-cu dəqiqəsində isə Camal Musiala fərqlənib.
Matçda birinci hissə davam edir.
23:00
Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başlayıb.
AZƏRTAC xəbər verir ki, Münhen şəhərində yerləşən "Alyants Arena"da oynanılan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçı fransalı Kleman Trüpen idarə edir.
22:13
Avropa çempionatının açılış oyununda Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək oyun üçün start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça komandalar aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Almaniya: Manuel Noyer, Kimmix, Rüdiger, Tah, Mittelştadt, Andriç, Toni Kroos, Camal Musiala, İlkay Gündoğan, Florian Virts, Haverts
Şotlandiya: Qun, Porteous, Hendri, Tierney, Ralston, MkTominay, MkQreqor, Robertson, McQinn, Adams, Kristie