AZ

Almaniya Avropa çempionatına 5:1-lə başladı

Almaniyada futbol üzrə Avropa çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.

Münhendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesabı almanların heyətində 10-cu dəqiqədə Florian Virts açıb. 9 dəqiqə sonra Jamal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.

45+1-ci dəqiqədə Kai Havertz Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb. İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər.

Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıb. Antonio Rudiger avtoqol müəllifi olub.

Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can təyin edib.

Almaniya – Şotlandiya 5:1
Qollar
: Virts, 10. Musiala, 19. Haverts, 45+1-pen. Füllkruq, 68. Emre Can, 90+3 – Rüdiger, 87-öz qapısına.
Qırmızı vərəqə: Porteous, 44 (Şotlandiya).
Baş hakim: Kleman Türpen (Fransa).
Münhen, “Alyans Arena”.

Seçilən
131
4
sportinfo.az

10Mənbələr