AZ

Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin edildi

style='margin-bottom:10px;'>

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Dortmund "Borussiya"sının baş məşqçisi təyin olunub.

QOL.az klubun saytına istinadən xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb. Mütəxəssis istefaya göndərilən Edin Terziçi əvəzləyib.

Qeyd edək ki, N.Şahin bundan əvvəl Terziçin köməkçisi idi. 35 yaşlı mütəxəssis  2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi "Antalyaspor"u çalışdırıb.

Xatırladaq ki,    N.Şahin futbolçu karyerası ərzində Dortmund təmsilçisi ilə 274 oyuna çıxıb.

Seçilən
87
3
teleqraf.com

4Mənbələr