AZ

Nuri Şahin Dortmund “Borussiya”sının baş məşqçisi təyin olundu

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Dortmund “Borussiya”sının baş məşqçisi təyin olunub.

Yenicag.az xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb.

Mütəxəssis istefaya göndərilən Edin Terziçi əvəzləyib.

Qeyd edək ki, N.Şahin daha əvvəl Terziçin köməkçisi idi.

35 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi “Antalyaspor”u çalışdırıb.

Xatırladaq ki, N.Şahin futbolçu karyerası ərzində Dortmund təmsilçisi ilə 274 oyuna çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
yenicag.az

4Mənbələr