Müharibədən sonra sosialyönümlü xərclər 3 dəfə artırılıb.
Xezerxeber.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, müharibədən əvvəl - 2019-cu ildə büdcənin sosialyönümlü xərcləri 5,2 milyard manat, müharibədən sonra - 2023-cü ildə 13 milyard manat olub. 2024-cü ildə isə 15,7 milyard manatdır.
Plenar iclasda çıxış edən Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu ilin dövlət büdcəsində sosial xərclərin azaldılmasından heç bir söhbət getmir.
Nazirin sözlərinə görə, 2023-cü illə müqayisədə bu il üçün 30 milyon manata yaxın artım da proqrozlaşdırılıb.
Ailə Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa Nikah üçün tibbi müayinə ilə bağlı qaydaların sərtləşdirilməsinə diqqət çəkib.
Millət vəkili Siyavuş Novruzov isə qohum evliliyinə qadağa məsələsində Gürcüstan azərbaycanlıları üçün müəyyən variantların tapılmasını təklif edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.