AZ

G7 Belarusu Rusiyaya yardım etdiyinə görə qınayıb...

Yeddilik Qrupu (G7) sammitin yekunlarına dair birgə bəyanatda Belarusu Ukraynadakı münaqişədə Rusiya Federasiyasına yardım etdiyinə görə qınayıb.

SİA-nın əldə etdiyi məlumata görə, İtaliyanın cənubunda toplaşan Qərb liderləri də İranı Rusiyaya dəstək verməməyə çağırıblar.

Bundan əlavə, ANSA agentliyinin istinad etdiyi yekun bəyanatda G7 ölkələrinin Belarus hakimiyyətinin “müstəqil media, vətəndaş cəmiyyəti, müxalifət və öz fərqli fikirlərini dinc şəkildə ifadə edən vətəndaşlarla bağlı” davam etdiyi məhdudiyyətlərlə bağlı narahatlığı ifadə edilir.

“Yeddilik” həmçinin Minski “siyasi məhbuslar”a qarşı rəftarını pisləyib və onların azadlığa buraxılmasını tələb edib.

Bundan əlavə, Yeddilik Qrupu İranı Ukraynada hərbi müdafiə sisteminin qurulmasında Rusiya Federasiyasına yardım etməməyə, “ballistik raketləri və hərbi texnologiyaları Moskvaya ötürməməyə” çağırıb. Əks halda, sənəddə qeyd edilir ki, assosiasiya “yeni və nəzərəçarpacaq tədbirlərin qəbulu da daxil olmaqla” əlaqələndirilmiş hərəkətlərə hazırdır.

Rusların yazdığına görə, Belarus prezidenti Aleksandr Lukaşenko dəfələrlə Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının lehinə çıxış edib və Rusiyanı qardaş müttəfiq ölkə adlandırıb. Tehran da Rusiyanı silah və hərbi texnologiya ilə təmin etdiyini dəfələrlə təkzib edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
sia.az

2Mənbələr