AZ

G7 Belarusu Rusiyaya yardım etdiyinə görə qınayıb

G7 ölkələri Belarusu Ukraynadakı münaqişədə Rusiya Federasiyasına yardım etdiyinə görə qınayıb və İranı Rusiyaya dəstək verməməyə çağırıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə Yeddilik Qrupu (G7) sammitin yekunlarına dair birgə bəyanatda bildirilib. 

Bundan əlavə, yekun bəyanatda G7 ölkələrinin Belarus hakimiyyətinin müstəqil media, vətəndaş cəmiyyəti, müxalifət və dinc yolla müxtəlif fikirlərini ifadə edən vətəndaşlara qarşı tətbiq etdiyi məhdudiyyətlərin davam etməsi ilə bağlı narahatlığı ifadə olunub.

G7 həmçinin Minskin siyasi məhbuslara qarşı rəftarını pisləyib və onların azadlığa buraxılmasını tələb edib.

Bundan əlavə, Yeddilik Qrupu İranı Rusiya Federasiyasına yardım etməməyə, ballistik raketləri və hərbi texnologiyaları Moskvaya ötürməməyə çağırıb. Əks halda, İrana qarşı daha effektiv tədbirlər görüləcək.

Seçilən
105
1
operativmedia.az

2Mənbələr