AZ

Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin edildi

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Dortmund “Borussiya”sının baş məşqçisi təyin olunub.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb.

Mütəxəssis istefaya göndərilən Edin Terziçi əvəzləyib.

Qeyd edək ki, N.Şahin daha əvvəl Terziçin köməkçisi idi. 

35 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi “Antalyaspor”u çalışdırıb.

Xatırladaq ki, N.Şahin futbolçu karyerası ərzində Dortmund təmsilçisi ilə 274 oyuna çıxıb.

Seçilən
85
3
qafqazinfo.az

4Mənbələr