AZ

Nuri Şahin “Borussiya”nın baş məşqçisi TƏYİN EDİLDİ

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Dortmund "Borussiya"sının baş məşqçisi təyin olunub.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb. 

Mütəxəssis istefaya göndərilən Edin Terziçi əvəzləyib.

Qeyd edək ki, N.Şahin bundan əvvəl Terziçin köməkçisi idi. 35 yaşlı mütəxəssis  2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi "Antalyaspor"u çalışdırıb.

Xatırladaq ki,    N.Şahin futbolçu karyerası ərzində Dortmund təmsilçisi ilə 274 oyuna çıxıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
3
bizim.media

4Mənbələr