AZ

Britaniya Ukraynanın ötürülən silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərə qarşı çıxıb

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukraynaya ötürülən silahların istifadəsinə qoyulan məhdudiyyətlərə qarşı çıxış edib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

 

“Biz Kiyevə silah ötürməkdə çox fəalyıq, lakin biz bunu edə bilmərik, sonra isə Ukraynanın bu silahlardan necə istifadə etdiyi ilə bağlı əllərini onun arxasına bağlaya bilmərik”,-deyə o qeyd edib.

 

İyunun 13-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov ordunun Rusiyaya Qərb silahları ilə zərbələr endirdiyini təsdiqləyib.

 

Bir gün əvvəl konqresmen və Respublikaçılar Partiyasının üzvü Marjorie Taylor Greene bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazisinə Amerika silahları ilə hücum etməsinə icazə verməsi dünya müharibəsinə səbəb ola bilər.

 

Keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter ABŞ-ın Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlər atmasına icazə verməsinin dünyanı fəlakətə yaxınlaşdırdığını və Kiyevə nüvə müharibəsi başlamaq şansı verdiyini bildirmişdi.

 

Bundan əvvəl Dmitri Medvedev “Bandera rejimi” üçün fəlakətli ssenarini açıqlamışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
11
oxu24.com

10Mənbələr