AZ

Polşada Qərbdən ölkəyə qeyri-qanuni mühacirlərin gətirilməsi sxemi üzə çıxıb

Almaniya polisi gecə saatlarında qanunsuz miqrantları Polşaya keçirib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Dziennik.pl nəşri məlumat yayıb.

 

Nəşr ölkənin qərbindəki Osinov-Dolnı şəhəri yaxınlığında baş vermiş insident barədə məlumat yayıb - Almaniya hüquq-mühafizə orqanlarının polis maşını sərhədi keçib, bundan sonra maşından iki böyük və üç uşaq düşüb.

 

“Polis maşını oradan uzaqlaşanda yerdə qalan insanlar yoldan keçənlərə yaxınlaşaraq iri endirimli mağazalardan birinə tərəf getdilər. Tezliklə hadisə yerinə polis və sərhədçilər gəlib, lakin Yaxın Şərqdən olan qrup artıq orada olmayıb. Ətraf ərazilərə baxış keçirilib, lakin hələlik bu, heç bir nəticə verməyib”, - nəşr yazır.

 

Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek yaranmış vəziyyətə reaksiya verərək, alman tərəfinin hərəkətlərinin qanunsuz olduğunu qeyd edib. Mroçek əlavə edib ki, Almaniya ərazisindən Polşaya miqrantların gətirilməsi ayrı-ayrı alman polislərinin təşəbbüsü ola bilərdi.

 

Bundan əvvəl məlum olmuşdu ki, Polşa iyunun 13-dən Belarusla sərhəddə bufer zona tətbiq edəcək.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
oxu24.com

10Mənbələr