AZ

Keçmiş həyat yoldaşını qaçırmaqda təqsirləndirilən şəxsə 10 il cəza verildi

Qabaqcadan əlbir olaraq bir qrup şəxs halında adam oğurluğunda təqsirləndirilən Şamo Qocayev, Ayaz Heydərli və Anar Talıblıya hökm oxunub.

E-huquq.az-ın məlumatına görə bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən təqsirləndirilən şəxslər - Şamo Qocayev 10 il, Ayaz Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki ötən prosesdə prokuror Tural Yaqubov məhkəmədən təqsirləndirilən şəxslər - Şamo Qocayevin 11 il, Ayaz Heydərlinin 9 il, Anar Talıblının isə 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İstintaqla müəyyən edilib ki, Şamo Qocayev keçmiş həyat yoldaşı Aygün Əhmədovanı dayısı oğlu Ayaz Heydərli və Anar Talıblı ilə birgə oğurlayıb. Onlar Aygün Əhmədovanın müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törədiblər.

Şamo Qocayev və Ayaz Heydərliyə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), Anar Talıblıya isə 144.2.3-cü Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
e-huquq.az

4Mənbələr